Qadın Cəlilabad sakinlərinin 100 min manata yaxın pulunu alaraq qaytarmayıb

Cəlilabada rayon sakinlərinə qarşı 100 min manata yaxın dələduzluq edilib.
 
Səbail Rayon Polis İdarəsindən verilən məlumata görə, Gülsuğra adlı şəxs etibardan sui-istifadə edərək Cəlilabad rayon sakinləri, 1978-ci il təvəllüdlü Niyaməddin Böyükağa oğlu Hüseynovun, 1980-ci il təvəllüdlü Vaqif Kamil oğlu Bünyatovun və 1982-ci il təvəllüdlü Vahid Almaz oğlu Əliyevin hər birindən 32 min manat alaraq qaytarmayıb.
 
Hazırda faktla bağlı araşdırma aparılır.

Google+ WhatsApp ok.ru