Qadınlar da İŞİD-ə qarşı döyüşəcəklər

Bir qrup silahlı qadın Süleymaniyyədə hazır vəziyyətdədirlər.
 
Bir tərəfdən müstəqillik elanı üçün referenduma hazırlaşan İraq kürdlərinin lideri Məsud Bərzani, bir tərəfdən də hərbi gücünü artırmağa çalışır. 
 
Maide.az-ın məlumatına görə, Kərkük şəhərinə İŞİD-in ola biləcək hücumunun qarşısını almaq üçün peşmərgələr ayıq-sayıq mövqelərini qoruyurlar.
 
Bundan başqa, Bərzaninin göstərişi ilə daha güclü müqavimət göstərmək məqsədilə qadınlar da silahlandırılıb. Bölgə rəhbərliyi qadın hərbçilərə təlim keçərək, onları döyüşlərə hazırlayır.
 
Səddam Hüseynin vaxtında Səddam hökumətinə qarşı mübarizə aparan qadın silahlılarından ibarət bir qrup Nahidə Ahmid Rəşidin əmri altında Süleymaniyyədə hazır vəziyyətdədirlər. 
 
Bütün gün ağır təlimlər keçən qadın peşmərgə silahlıları qrupu İŞİD-ə qarşı döyüşməyə hazır olduqlarını bildirirlər.

Google+ WhatsApp ok.ru