Qadınların kökəlməsinin səbəblərindən biri

Qadınların bədən çəkisi haqqında neqativ şərhlər eşitməsi onların kökəlməsinə səbəb olur. Trend xəbər verir ki, bu, Vaterloo Universitetinin araşdırmaları nəticəsində məlum olub.

Araşdırma professor Kristin Loqelin rəhbərliyi ilə yaşı 18-dən 21-ə kimi olan gənc qadınlar arasında aparılıb. Eksperiment iştirakçılarından daha çox öz çəkiləri, boyları haqqında və öz nəticələrini baxışla hiss etmələri haqqında soruşulub. Beş aydan sonra qızlardan onların öz çəkiləri haqqında fikirlərini yaxınları ilə müzakirə etmələri və reaksiyanın necə olması ilə maraqlanıblar. Daha sonrakı 3 aydan sonra eksperimet müəllifləri iştirakçıların çəkilərinin və əhval-ruhiyyələrinin dəyişilib-dəyişilmədiyini öyrəniblər.

Məlum olub ki, əgər yaxınları qadınlara onların bədən formaları ilə bağlı hər şeyin qaydasında olduğunu deyibsə, onda çəki əvvəlki səviyyəsində qalıb və hətta azalıb. Ancaq mənfi rəy eşidənlərin çəkisi orta hesabla 2 kq artıb.

Eksperiment rəhbəri bəyan edib: "Biz öz çəkimiz haqqında narahat olduqda əzizlərimizə - ailəmizə, dostlarımıza dəstək və məsləhət üçün tez-tez müraciət edirik. Onların cavab kimi nə demələrinin təsiri gözlənildiyindən də ciddi ola bilər. Sosial dəstək bizim sağlamlığımızı yaxşılaşdırır”. /

Google+ WhatsApp ok.ru