Qadının bədəni yediyi yeməkləri spirtə çevirir

Nyu Yorkda bir qadın spirtli içki qəbul etmə ittihamı ilə 4 dəfə yol polisi tərəfindən saxlanılır və cərimə olunur. 
Maide.az xəbər verir ki, yoxlamalar zamanı məlum olur ki, qanında qanunda göstəriləndən 4 dəfə çox spirt var. Qadın spirtli içki qəbul etmədiyini desədə onun haqqında cinayət işi açılır. 
Bir müddət sonra isə qadın müxtəlif yoxlamalardan sonra məlum olur ki, qadında  “Bağırsaqda qıcqırma sindromu”deyilən xəstəlik var və yediyi yeməklər spirtə çevrilir. 
Vəkil  xəstəliyə dair sənədləri hakimə təqdim edəndən sonra onun barəsində tərtib olunmuş protokollar və cərimələr ləğv olunub.
“Bağırsaqda qıcqırma sindromu”deyilən xəstəlik ilk dəfə 1970-ci ildə Yaponiyada aşkarlanıb. Amerikada isə bu xəstəlik ilk dəfə 2013-cü ildə 61 yaşlı bir kişidə aşkarlanmışdı. Həmin kişi spirtli içkilər qəbul etməsədə həmişə məst olurdu. /
 

Google+ WhatsApp ok.ru