Qadın və kişilərin ölüm yaşı müəyyən edilib

Qadın və kişilərin ölüm yaşı müəyyən edilib

Amerika və Finlandiya alimləri qadın və kişilərin ürək-damar xəstəliklərindən ölmə riskinin çox olduğu yaşı müəyyən ediblər.
 
Maide.Az "Sputnik Azərbaycan"a istinadla xəbər verir ki, Texas sağlamlıq mərkəzinin mütəxəssisləri Helsinkidə yüzlərlə insanın göstəriciləri üzərində araşdırma aparıb. Müəyyən olunub ki, qadınların təhlükəli yaşı 30-dan sonra başlayır. Belə ki, 30 yaşından sonra qadınlarda infarkt və insult riski artır. Kişilərdə isə bu yaş 40 olaraq müəyyən edilib.
 
Tibb işçiləri ürək-damar problemlərindən uzaq olmaq üçün düzgün qidalanmağı, idmanla məşğul olmağı və zərərli vərdişlərdən uzaq olmağı məsləhət görürlər.
 
Xatırladaq ki, bir müddət əvvəl Danimarka alimləri psixi pozuntularla ömrün uzunluğu arasında olan əlaqəni müəyyən ediblər. Mütəxəssislərin fikrincə, psixi xəstəlik ömrü 7-10 il qısaldır.
 
 
 
 

Google+ WhatsApp ok.ru