Qadınlar arasında bu xəstəlik artmağa başlayıb - Xəbərdarlıq

Qadınlar arasında bu xəstəlik artmağa başlayıb - Xəbərdarlıq

-- hər il dünyada 1,6 milyon nəfər ağciyər xərçənginə tutulur...

Türkiyəli professor Meral Gülhan siqaret çəkən qadınların təhlükəli xəstəliklərə yoluxma riski barədə danışıb.
 
Maide.Az “Dünya Bülteni”nə istinadən xəbər verir ki, o, siqaret çəkən qadınlarda ağciyər xərçənginə tutulma faizinin artdığını deyib.
 
Onun sözlərinə görə, qadınlarda ölümə ən çox səbəb olan döş xərçəngindən sonrakı yerdə ağciyər xərçəngi dayanır.
 
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) hesabatına görə, hər il dünyada 1,6 milyon nəfər bu xəstəliyə tutulur. Məlumata görə, bu xəstələrin 90 faizi tütün istifadə edənlərdir.
 
Professor siqaret çəkən 50 yaşdan yuxarı insanlarən uzun müddət davam edən öskürək, sinə ağrısı, nəfəs darlığı, iştahsızlıq, çəki itirmə və qan qusma kimi hallarda mütləq həkimə müraciət etməsini məsləhət görüb. Çünki belə xəstələr xüsusi risk qrupunda olanlardır. 

Google+ WhatsApp ok.ru