Qafar Cəbiyev: `Qədim Xocalı kurqanları ermənilər tərəfindən vəhşicəsinə dağıdılır`

“SSRİ dövründə Xocalı kurqanlarından mixi yazılar, o cümlədən külli miqdarda qızıl-zinət əşyaları tapılıb. Həmin mixi yazılar hazırda Sankt-Peterburqda muzeydə saxlanılır. Bu gün bu kurqanlar ermənilər tərəfindən vəhşicəsinə dağıdılmaqda davam edir”.
 
APA-nın məlumatına görə, bunu bu gün Azərbaycan Müəllimlər İnstitutunda “Tarixi erməni təcavüzü: Azərbaycanın əqli mülkiyyət itkiləri” mövzusunda keçirilən dəyirmi masada Azərbaycan Müəllimlər İnstitutunun İctimai fənlər kafedrasının müdiri Qafar Cəbiyev deyib.
 
Q. Cəbiyev bildirib ki, Qarabağda 2,5 milyon il əvvəl insanların yaşadığı təsdiqini tapıb. O, bu bölgənin tək region deyil, dünya üçün nadir bir məkan olduğunu, burada 4 qədim mədəniyyətin qalıqlarının aşkarlandığını vurğulayıb.

Google+ WhatsApp ok.ru