Qafqaz meşələrində yüz ildə ilk dəfə olaraq bəbirlər buraxılıb- FOTO

Qafqaz meşələrində yüz ildə ilk dəfə olaraq bəbirlər buraxılıb- FOTO

Soçinin yetişdirilən heyvanların bərpa mərkəzindən Qafqaz biosfer qoruğuna bəbirlər buraxılıb. 
 
Maide.Az Rus mediasına istinadən bildirir ki, bu, tarixdə ilk hadisədir ki, bəbirlər əvvəlki yaşayış yerlərinə qaytarılır. 
 
"3 Asiya bəbiri Qafqaz biosfer qoruğu ərazisinə buraxılıb. Bu tarixdə ilk təcrübədir ki, reintroduksiya olunmuş bəbirlər əvvəllər məskunlaşmış yerlərə qaytarılır.",-deyə Ekologiya və Təbii Sərvətlər Nazirliyində bildirilib.
 
 "XX əsrin ortalarınadək bəbirlər Qafqazda geniş yayılmışdılar və demək olar ki, bütün dağlıq ərazilərdə onlara rast gəlmək olurdu. Lakin 1950-ci ilin sonunda onların sayları kəskin azalmağa başladı. Bəzi yerlərdə insan günahı üzündən tamamilə məhv edildi."-deyə məlumatda bildirilir. /
 
 
 
 
 
 
 
 

Google+ WhatsApp ok.ru