Qahirədə terrorçularla qarşıdurma zamanı 54 xüsusi təyinatlı ölüb

Qahirədə terrorçularla qarşıdurma zamanı 54 xüsusi təyinatlı ölüb

Misirin paytaxtı Qahirə yaxınlığında xüsusi təyinatlı qüvvələrinin terrorçular ilə qarşıdurması nəticəsində 54 xüsusi təyinatlı ölüb.
 
Hüquq mühafizə orqanları Qahirədən 135 km aralıqda yerləşən əl-Vahat rayonunda gizlənən terror qruplaşmasının zərərsizləşdirilməsi üzrə əməliyyat aparıb.
 
Qeyd olunur ki, onlardan 20-si zabitdir. Hadisə ilə bağlı hüquq mühafizə orqanları xüsusi əməliyyat aparır.
 
Terrorçular ölkə ərazisində törədilən bir sıra terror aktlarında əli olduğu qeyd olunub. (trend)
 
 
 

 

Google+ WhatsApp ok.ru