Qan üçün ən vacib vitamin. MƏNBƏLƏR

Qan üçün ən vacib vitamin. MƏNBƏLƏR

Fol turşusu (B9 vitamini) 1931-ci ildə aşkar olunub və 1945-ci ildə laboratoriya şəraitində sintez olunub. Vitamin ilk olaraq ispanaq və cəfəridə tapılıb.
 
Məhz bu səbəbdən ona fol turşusu ("folium" - yarpaq deməkdir) adı verilib.
 
Bu vitamin qan-damar sistemi üçün ən vacib vitamin sayılır. Fol turşusu qanyaratma proseslərdə iştirak edir, qaraciyər və bağırsaqalrın sağlamlığını qoruyur, qaraciyərdə piylənmənin inkişafının qarşısını alır, immun sisteminə müsbət təsir edir.
 
Fol turşusunun qəbulu hamiləlik zamanı uşaqda ağır sinir sistemi qüsurlarının inkişafının qarşısını alır. Həmçinin fol turşusu vaxtından əvvəl doğuşların da qarşısını alır. Bu səbəbdən fol turşusunu hələ hamiləliyin planlaşdırılması dövründə və sonra da bütün hamiləlik boyu qəbul etmək çox vacibdir.
Fol turşusu anemiyanın (qanazlığı) müalicəsində istifadə olunur. Bu zaman fol turşusu həblər şəklində təyin olunur.
Qanazlığının profilaktikası üçün qidalanmaya tez-tez bu vitaminlə zəngin olan qidaları daxil etmək lazımdır.
 
Fol turşusu ilə zəngin olan məhsullar bunlardır:
- cücərdilmiş buğda
 
- ispanaq
 
- kahı
 
- cəfəri
 
- kələm
 
- çərəzlər (qoz, fındıq, badam, keşyu və s.)
 
- göbələk
 
- çuğundur
 
- balqabaq
 
- xurma
 
- yumurtanın sarısı
 
- süd və süd məhsulları
 
- ət, qaraciyər.
 
Nəzərə almaq lazımdır ki, bişirilmə zamanı fol turşusu dağılır. Bu səbəbdən fol turşusu ilə zəngin olan tərəvəzləri və göyərtiləri mümkün qədər çiy şəkildə yemək lazımdır.(saglamolun.az)
 

Google+ WhatsApp ok.ru