Qanada avtobusun qəzaya uğraması nəticəsində 71 nəfər ölüb

Qanada avtobusun qəzaya uğraması nəticəsində 71 nəfər ölüb. Maide.az-ın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, qəza Qananın paytaxtı Akkra şəhərindən 420 km aralıda baş verib.
 
Məlumata görə, şəhərlərarası “Metro Mass Transit” markalı  avtobus  pomidor daşıyan yük maşını ilə toqquşub.
 
Qəza nəticəsində daha 13 nəfər xəsarət alıb.
 
Qəzanın səbəbləri araşdırılır. 

Google+ WhatsApp ok.ru