Qanazlığı zamanı nə yemək lazımdır? Həkimin tövsiyələri

Qanazlığı zamanı nə yemək lazımdır? Həkimin tövsiyələri

 
Qanazlığı (anemiya) çox yayılmış pozulmadır. Əksər hallarda qanazlığının səbəbi orqanizmdə dəmirin çatışmamazlığıdır.
Anemiyanın müalicəsində həb və ya inyeksiya şəklində olan dəmir preparatları və müalicəvi qidalanma istifadə olunur. Anemiya zamanı düzgün qidalanma çox vacibdir.
Həkimlər anemiyadan əziyyət çəkən insanlara hər gün ət və qaraciyər yeməyi tövsiyə edirlər. Ət məhsulları dəmirin əsas mənbələridir. Bundan əlavə ətdə olan dəmir orqanizm tərəfindən daha asan və tez mənimsənilir.
 
Həmçinin anemiyadan əziyyət çəkən insanların qidalanmasında bu kimi məhsullar olmalıdır:
- göbələk
- qarabaşaq, yulaf yarması ("gerkules")
- albalı, nar, alma, qara qarağat, itburnu
- ispanaq, turşəng, cəfəri
- bal
- yumurta
- qoz, badam
- xurma
- kakao
- mərci, lobya
Çay, qəhvə, cola kimi içkilər dəmirin qidalardan mənimsənilməsinə mane olur ki, bu səbəbdən müalicə zamanı bu içkilərin qəbulunu minimuma çatdırmaq lazımdır.
Həmçinin kalsiumla zəngin olan qidaların (əsasən süd məhsulları) dəmirlə zəngin olan qidalarla birlikdə qəbulu dəmirin mənimsənilməsini çətinləşdirir. Bu səbəbdən ət xörəkləri ilə qatıq, pendir, xama və s. bu kimi məhsulların birlikdə qəbulu tövsiyə edilmir. (saglamolun.az) /

Google+ WhatsApp ok.ru