Qandinin nəvəsi də aksiya keçirən müsəlmanlara qoşulur

Qandinin nəvəsi də aksiya keçirən müsəlmanlara qoşulur

Hindistanın azadlıq hərəkatının lideri Mahatma Qandinin böyük nəvəsi Tuşar Arun Qandi də ölkədəki aksiyalara qatılmağa qərar verdiyini bəyan edib.

O, jurnalistlərə açıqlamasında vurğulayıb ki, hökumət ölkədəki müsəlmanların da haqlarını nəzərə almalı və təmin etməlidir.

"Mən aksiyalara qatılaraq təzyiqlərə məruz qalan vətəndaşlarımızla həmrəyliyimi nümayiş etdirəcəyəm", - deyə Tuşar Arun Qandi diqqətə çatdırıb.

Qeyd edək ki, Hindistanda hökumətin müsəlmanlara qarşı haqsızlıqlarına etiraz olaraq keçirilən aksiyalara qatılan onlarla nümayişçi döyülərək yaralanıb və saxlanılıblar.

Beynəlxalq təşkilat Hindistan hökumətindən nümayişçilərin sərbəst toplaşmaq azadlığını təmin etməsini tələb edirlər.  /eastnews.org/ 

Google+ WhatsApp ok.ru