Qan qrupunu dəyişmək olacaq 27 Avqust 2018 01:00 Xəbərlər Britaniya Kolumbiya Universitetinin bir qrup alimi A, B və AB qan qruplarını 0 Rh(-) qan qrupuna çevirmək məqsədilə yeni üsul kəşf edib. Tədqiqatı həyata keçirən alimlərdən biri - Stefen Vithers A, B və AB qan qruplarında immunitet tərəfindən tanınan fərqli şəkər molekullarının olduğunu deyib. Vurğulanıb ki, 0 Rh(-) qan qrupunda isə belə molekul yoxdur. 1980-ci illərdən bəri şəkər molekulları üçün “qayçı” funksiyasını yerinə yetirən metod üzərində işlənilir. Nəticədə insan bağırsağındakı bakteriyalardan istifadə edilməklə belə bir üsul kəşf olundu. Tədqiqat zamanı 20 min nəcis üzərində iş aparılıb və qan qruplarındakı şəkəri məhv edən ferment sinfi aşkarlanıb. Yeni üsulun tətbiqi üçün təhlükəsizlik testləri həyata keçiriləcək.(faktxeber) Teqlər : #Qan qrupunu dəyişmək olacaq, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Birinin 15, digərinin 55 yaşı var - İlin ən gənc və ən yaşlı tələbəsi Şeyx Zəkzəkinin qızı Nigeriya hökumətini tənqid etdi