`Qanun` nəşriyyatındakı axtarışın səbəbi bəlli oldu

`Qanun` nəşriyyatındakı axtarışın səbəbi bəlli oldu

Son iki gündür "Qanun" nəşriyyatında yoxlamalar haqqında məlumatlar yayılmaqdadır.
 
REAL bəyan edir ki, bu "yoxlamaların" səbəbi İlqar Məmmədovun ad günü münasibətilə hazırlanmış flayerlərin müsadirəsi olmuşdur.
 
REAL, bu flayerləri təşkilatın həbsdə olan sədri İlqar Məmmədovla bağlı ad günü tədbirləri çərçivəsində sifariş vermişdir. 1 milyon insanın sədrin həyat yolu və qanunsuz həbsi haqqında məlumatlandırmaq məqsədi daşımışdır.
 
REAL bəyan edir ki, flayerlərin müsadirəsi, bu cür operativ reaksiya hakimiyyətin bir daha cümhuriyyət ideyalarından və təşkilatın 3 ildən çoxdur ki, qanunsuz olaraq həbsdə saxlanılan sədrindən çəkindiyini sübut edir. Hakimiyyət nəşriyyatdakı yoxlamalara "bomba axtarmaq" adı qoymaqla bu flayerlərin yayılmasının "bomba" effekti yaradacağını düşünürmüş.(faktxeber)
 

Google+ WhatsApp ok.ru