'Qanun' nəşriyyatında polis reydi

'Qanun' nəşriyyatında polis reydi

Avqustun 14-də “Qanun” Nəşriyyat Evinə polis əməkdaşları gələrək çəkiliş aparıblar. 

 
Bu barədə Turan-a nəşriyyatın rəhbəri Şahbaz Xuduoğlu məlumat verib.
 
Onun sözlərinə görə, DİN çevik polis alayının iki əməkdaşı otaqları gəzib çəkiliş aparıb. Onları özlərini aqressiv aparıb və işçiləri qorxudublar.
 
Polis nümayəndələrini öz hərəkətlərinin səbəblərini “maskasız işçi axtarmaqları” ilə izah ediblər.
 
“Maraqlısı isə odur ki, polis əməkdaşları özləri maskasız idilər. Mən nəşriyyatdan çıxandan sonra ora sahə müvəkkili gəlib”, - Ş.Xuduoğlu bildirib.
 
Öz növbəsində DİN mətbuat xidmətinin rəhbəri Ehsan ZahidovTurana bildirib ki, polis əməkdaşları xüsusi karantin rejiminə nəzarət həyata keçirir. “Bütün qapalı məkanlara, sərnişin daşıyan nəqliyyat vasitələrinə polis əməkdaşları daxil olur, oradakı insanların xüsusi karantin rejiminin tələblərinə riayət edib-etməməsinə nəzarət həyata keçirirlər. Ona görə də Şahbaz Xuduoğlu inciməməlidir”, - E.Zahidov bildirib.
 

Google+ WhatsApp ok.ru