`Qanunsuz kürü Azərbaycan gömrükçüləri tərəfindən aşkarlanıb` - RƏSMİ

Bəzi kütləvi informasiya vasitələrində Rusiya Federasiyasına səyahət edən Azərbaycan Respublikası vətəndaşının Rusiya ərazisinə 6.4 kq kürü keçirmək istəməsi və "qanunsuz daşınan kürünün" Məhərrəmkənd gömrük-keçid məntəqəsində aşkar edilməsi barədə məlumatlar yayılıb. Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən Maide.az-a verilən məlumata görə, əslində bu fakt öncə Azərbaycanın gömrük orqanları tərəfindən qeydə alınıb və adı çəkilən mal Azərbaycandan Rusiyaya deyil, əks istiqamətdə daşınarkən aşkar edilib.
 
Belə ki, 15 noyabr 2015-ci il tarixində Azərbaycan Respublikasının vətəndaşı Pənahov Səlim Mirzəgül oğlu Rusiya Federasiyasından Azərbaycana gələrkən Xaçmaz Gömrük İdarəsinin "Samur" gömrük-keçid məntəqəsində özünə məxsus əşyaların arasında 6.5 kiloqrama qədər nərə cinsli qara kürü olduğunu bəyan edib. Lakin gömrük nəzarəti həyata keçirilərkən qara kürüyə oxşar həmin məhsul müvafiq sənədləri qaydasında olmadığı üçün geri qaytarılıb.

Google+ WhatsApp ok.ru