Qapını sındırıb evə girdilər

Bakıda mənzildən oğurluq edilib. Səbail rayon Polis İdarəsindən verilən məlumata görə, Bayıl qəsəbəsi, V.Məmmədov küçəsinin sakini, 1960-cı il təvəllüdlü Qara Süleymanov bildirib ki, naməlumş əxs və ya şəxslər onun evinə soxulub. Şikayətçi qeyd edib ki, evdə kimsənin olmadığı vaxt qapınının kilidini sındırmaq yolu ilə mənzildən 720 manat pul oğurlanıb.
 
Faktla bağlı araşdırmalar aparılır.

Google+ WhatsApp ok.ru