Qaçqın düşərgələrində koronavirus epedemiyası təhlükəli həddə çatıb

Qaçqın düşərgələrində koronavirus epedemiyası təhlükəli həddə çatıb

Avropadan olan 5 mindən artlq həkim hökumətlərə və Avropa Birliyinə Yunanıstan adalarındakı həddindən artıq sıx olan qaçqın düşərgələrində səhiyyə vəziyyəti və koronavirus epidemiyasının yayılması məsələsində xəbərdarlıqedici müraciət ünvanlayıblar.

 
Maide.Az xəbər verir ki, "Guardian" xəbər verir ki, Niderlanddan olan tibb professorları və səhiyyə işçiləri tərəfindən hazırlanan bu müraciətdə, qaçqınlar arasında yayılan koronavirusun bütün düşərgələri, Yunanıstan xalqını və Avropa ölkələrini məhv edəcək nəticə vercəyi bildirilib.
 
Müraciətdən bu ifadələr yer alıb:
 
"Kovid epidemiyasının bu düşərgələrdə nəzarət altına alındığını düşünmək səhv düşüncədir. Çünki minlərlə insan bir neçə kvadratkilometr içində yaşayır və orada sadəcə bir neçə həkim var. Çoxlu sayda uşaq və yeniyetmə fiziki və ruhi pozuntulara məruz qalıblar. Əgər Avropa bu mənzərəyə göz yumarsa, Avropa səhiyyə normaları və dəyərləri ciddi tibbi fəlakətə məruz qala bilər."
 
Müraciəti imzalayanlar AB ölkələrini Avropa bölgəsində tibbi fəlakətin qarşısını almaq üçün qəbul edilmiş sayda qaçqının qəbuluna dair 2016-cı il müqaviləsinə əməl etməyə çağırıb.
 

Google+ WhatsApp ok.ru