Qaçqınlar Yasamalda aksiya keçirdi - FOTO

Qaçqınlar Yasamalda aksiya keçirdi - FOTO

Qaçqınlar Yasamalda aksiya keçirdilərYasamal rayonunda, Şərifzadə küçəsi, Akademik Mirqasımov adına Respublika Kliniki Xəstəxanasıyla üzbəüz binada yaşayan məcburi köçkünlər etiraz aksiyası keçirib 
 
Maide.Az bakipost.az-a istinadən xəbər verir ki, onlar sayğaclaşmaya etiraz əlaməti olaraq yolu bağlamağa cəhd ediblər. Bildiriblər ki, kommunal qiymətlərin qaldırıldığı bir vaxtda onlar, işığın və qazın pulunu ödəyə bilməyəcək.
 
Sakinlərin sözlərinə görə, Fövqəladə Hallar Nazirliyinin əməkdaşları binaya baxış keçirib və burada yaşamağın təhlükəli olduğunu bildirib. Nazirliyin bu qərarından sonra isə sakinlərin köçürülməsi əvəzinə, binada sayğaclaşma işlərinə başlanılması onların hiddətinə səbəb olub. 
 
Hadisə yerinə post patrul xidmətinin əməkdaşları cəlb olunub. Polislər köçkünlərin yolu bağlamasına mane olub.
 
Qeyd edək ki, prezident məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin müəyyən edilməsi haqqında fərman imzalayıb. 
 
Fərmanla köçkünlərə aylıq 36 manat müavinət veriləcək. Bu qərardan sonra onların yaşadıqları mənzillərdə sayğaclaşma prsosesinə başlanılıb. /
 
Qaçqınlar Yasamalda aksiya keçirdilər
 
 
Qaçqınlar Yasamalda aksiya keçirdilər
 
Qaçqınlar Yasamalda aksiya keçirdilər

Google+ WhatsApp ok.ru