Qarabağ Komitəsi sentyabrın 29-da mitinq keçirmək niyyətindədir

Qarabağ Komitəsi sentyabrın 29-da mitinq keçirmək niyyətindədir

Qarabağ Komitəsi sentyabrın 29-da "Qarabağa azadlıq!", "Köçkünləri yurdlarına qaytarın!" şüarları ilə Bakıda İnşaatçılar metro stansiyasının yaxınlığındakı "Məhsul" stadionunda mitinq keçirmək haqda qərar qəbul edib.
 
Maide.Az bildirir ki, bu barədə Turan-a Qarabağ Komitəsinin üzvü, Qarabağ Azadlıq Təşkilatının rəhbəri Akif Nağı bildirib.
 
Onun sözlərinə görə, mitinqin keçirilməsi ilə bağlı sentyabrın 12-də qanunvericiliyə müvafiq olaraq Bakı Şəhər İcra Hakimiyyətinə müraciət ediləcək.
 
Qarabağ Komitəsi iki ay öncə təsis edilib. Komitəyə Klassik Xalq Cəbhəsi, Müsavat, Milliyətçi Hərəkat, İslam, Xalq, Ağ, Vətəndaş Həmrəyliyi, Mili Demokrat partiyaları, Qarabağ Azadlıq Təşkilatı, Qərbi Azərbaycana Qayıdış İctimai Birliyi, Qarabağ Qaziləri təşkilatı daxildir.
 
Komitənin məqsədi Qarabağ probleminin daim ictimai diqqətdə saxlanılmasıdır. Komitə bunun üçün mütəmadi olaraq mitinqlər, yürüşlər, elmi konfranslar, sərgilər və digər ictimai tədbirlər keçirməyi planlaşdırır. 
 

Google+ WhatsApp ok.ru