Qarabağda `donuz qripi`nə yoluxanların sayı 12-yə çatdı

Azərbaycanın işğal altındakı Dağlıq Qarabağ bölgəsində "donuz qripi" epidemiyaya çevrilir.
 
Modern.az saytı Ermənistan KİV-nə istinadən xəbər verir ki, işğal olunmuş torpaqlarımızda yaradılan qondarma "Dağlıq Qarabağ Respublikasının Səhiyyə Nazirliyi" 12 yeni xəstəliyə yoluxma faktı qeydə alıb. H1N1 virusuna yoluxan 4 nəfərin vəziyyətinin ağır olduğu bildirilir və onlar Xankəndidəki xəstəxanalarda intensiv müalicə alırlar.
 
Separatçı qurumun "səhiyyə nazirinin müavini" Zoya Lazaryan "donuz qripi"nin əsl miqyasını müəyyənləşdirə bilmədiklərini deyib. "Bölgədə xüsusi avadanlıqların olmaması səbəbindən bütün analizlər Ermənistana göndərilir".
 
Lazaryan Qarabağda respirator virus infeksiyalarının genişləndiyini bildirərək, 82 nəfərin Xankəndi, Ağdərə və Xocavənddəki tibb müəssisələrində "donuz qripi" şübhəsi ilə müayinə olunduğunu deyib.

Google+ WhatsApp ok.ru