Qarabağ Komitəsi Cəbrayıl və Fizuli rayonunun işğalı ilə bağlı Şəhidlər Xiyabanını ziyarət edib -FOTO

Qarabağ Komitəsi Cəbrayıl və Fizuli rayonunun işğalı ilə bağlı Şəhidlər Xiyabanını ziyarət edib -FOTO

Bu gün Qarabağ Komitəsinin üzvləri olan siyasi partiyalar və təşkilat rəhbərləri və üzvləri Cəbrayıl rayonun işğalının 25-ci il dönümü ilə əlaqədar Şəhidlər Xiyabanını ziyarət edib
 
Vətən uğrunda canından keçən şəhidləri ziyarət edən komitə üzvləri, qəbirlər üzərinə gül dəstələri qoyaraq, şəhidlərimizin ruhlarına dualar ediblər.
 
Ziyarət mərasimindən sonra çıxış edən tədbir iştirakçıları torpaqlarımızın 25 ildən artıqdır işğal altında olmasının utancverici və rəzalət dolu bir hal olduğunu söyləyərək, qısa zaman ərzində müharibə ilə torpaqlarımızın azad edilməsini tələb ediblər.
 
Ermənilərin 25 illlik işğal siyasətindən sonra sülh və saziş haqqında danışmağın xalqımıza, torpağımıza və vətənimizə xəyanət olduğunu söyləyən natiqlər, torpaqların yalnız şəhid ruhiyyəli gənclərin hesabına geri qaytarılacağını bildiriblər.
 
Sonra komitə üzvləri Şəhidlər Xiyabanından Prezident Adminstrasiyasına yürüş edərək, Qarabağ probleminin mövcud vəziyyəti və atılacaq addımlarla bağlı prezidentə rəsmi müraciət ediblər. Adminstrasiya qarşısında yığışan komitə üzvləri “Qarabağ”, “Qarabağa Azadlıq” şüarları səsləndiriblər.
 
Sözügedən tədbirdən lentə aldığı görüntüləri oxucularına təqdim edirik. (İslaminSesi)
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Google+ WhatsApp ok.ru