Qarabağla bağlı kritik məqam: Qərb təşəbbüsü ələ alır

"Ermənistan hazırda ikili oyun nümayiş etdirir." Maide.az xəbər verir ki, bu barədə axar.az-a açıqlamasında politoloq Arzu Nağıyev danışıb.
 
Onun sözlərinə görə, Lavrovun İrəvana səfəri Ermənistana xəbərdarlıq kimi qiymətləndirilə bilər:
 
"İki gün öncə Parisdə işgüzar səfərdə olan Ermənistanın Xarici İşlər naziri Edvard Nalbəndyan burada ABŞ dövlət katibinin müavini Entoni Blinkenlə görüşüb. Qarabağla bağlı baş tutan danışıqların detalları açıqlanmasa da, çox güman ki, danışıqlar Madrid prinsipləri əsasında baş tutub. Diqqət çəkən daha bir məqam isə İrəvanın ikili oynaması idi. Rusiya isə hazırda münaqişənin həllində Qərbin təşəbbüsü ələ almasından ehtiyat edir. O da məlumdur ki, Rusiya Dağlıq Qarabağ məsələsinin həllində heç vaxt ikinci plana keçmək istəməz. Ona görə də Rusiya Xarici İşlər naziri Serqey Lavrovun İrəvana səfəri Ermənistana xəbərdarlıq kimi dəyələndirilir. Əgər bu gün Moskva Ermənistana əmr versə, İrəvan buna getməyə hazırdır. Sadəcə olaraq Ermənistanın hazırda buna getməməsində bir sıra erməni lobbisi və Ermənistan diasporasının rolu böyükdür. Düşünürəm ki, Lavrovun Ermənistana səfəri Moskvanın ikili oynayan İrəvana xəbərdarlığı kimi qiymətələndirilə bilər".

Google+ WhatsApp ok.ru