`Qarabağla` `Neftçinin` pley-off mərhələsindəki rəqibləri bəlli oldu

İlk oyun avqustun 21-də Bakıda keçiriləcək.
 
Bu gün UEFA Avropa Liqasının pley-off mərhələsinin püşkü atılıb. Azerisport.az xəbər verir ki, İsveçrənin Nyon şəhərində təşkil olunan tədbirdə bu turnirdə mübarizə aparan iki Azərbaycan təmsilçisi - son ölkə çempionu "Qarabağ"la kubokun qalibi "Neftçi"nin də rəqibi müəyyənləşib.
 
Həm "Qarabağ", həm də "Neftçi"nin reytinq xalı o qədər də yüksək olmadığı üçün, onlar daha zəiflərin qərarlaşdığı səpələnməmişlər səbətində yer almışdılar. Bir sözlə, komandalarımız səpələnmişlər səbətində yer alan və özlərindən daha güclü aşağıdakı rəqiblərlə qarşılaşmalı olacaqdı:
 
"Qarabağ"ın potensial rəqibləri:
 
Dinamo (Zaqreb, Xorvatiya), Tvente (Hollandiya), PAOK (Yunanıstan), Rapid (Avstriya), Trabzonspor (Türkiyə).
 
Püşkatma nəticəsində Ağdam klubunun rəqibi vaxtilə qarşılaşdığı Hollandiya "Tvente"si olub. Təmsilçimiz ilk oyunu evdə keçirəcək. Cavab görüşü isə bir həftə sonra səfərdə keçiriləcək.
 
"Neftçi"nin potensial rəqibləri:
 
Metallist (Ukrayna), Partizan (Serbiya), Sent-Etyenn (Fransa), Rio Ave (Portuqaliya), PSV (Hollandiya).
 
Püşkatma nəticəsində paytaxt klubunun da rəqibi vaxtilə üz-üzə gəldiyi Serbiya "Partizan"ı olub. Təmsilçimiz ilk oyunu evdə keçirəcək. Cavab görüşü isə bir həftə sonra səfərdə keçiriləcək.
 
Qeyd edək ki, pley-off mərhələsinin oyunları isə 21 və 28 avqust tarixlərində baş tutacaq.

Google+ WhatsApp ok.ru