Qarabağ müharibəsində nə qədər şəhid vermişik?

Ermənistan və Azərbaycan arasında 1991-1994-cü illərdə Qarabağda və dövlət sərhədində baş vermiş döyüş əməliyyatlarında şəhid olan Azərbaycan hərbçilərinin sayı dəqiqləşib.
 
Döyüş əməliyyatlarında 11 557 Azərbaycan hərbçisi şəhid olub.
 
Azərbaycan Səfərbərlik və Hərbi Çağırış üzrə Dövlət Xidmətinin (SHÇDX) rəsmi saytında döyüş əməliyyatlarında iştirak edərək şəhid olmuş şəxslərin adları yerləşdirilib.
 
Bəzi rayonlar üzrə təqdim olunan siyahılar tam olmasa da, bu ilkin rəqəm 1991-1994-cü illərdə şəhid olmuş Azərbaycan əsgərlərinin ilk rəsmi siyahısı sayıla bilər. Şəhidlər siyahısında hərbi əməliyyatlar zamanı itkin düşmüş şəxslərin adları da yer alır.
 
Qeyd edək ki, siyahıya döyüş əməliyyatları zamanı bombardmandan və düşmənlər tərəfindən kütləvi şəkildə qətlə yetirilmiş mülki insanların adları daxil deyil.

Google+ WhatsApp ok.ru