Qarabağ münaqişəsinin həlli barədə Almaniya ilə məsləhətləşiləcək

ATƏT-in Minsk Qrupunun həmsədrləri bu gün Almaniya hökuməti ilə Dağlıq Qarabağ münaqişəsinin həlli mövzusunda məsləhətləşmə aparacaqlar.
 
Maide.az xəbər verir ki, bu barədə Minsk Qrupunun amerikalı həmsədri Ceyms Uorlik özünün "Twitter" səhifəsində yazıb. "Biz bu gün gələn ildən ATƏT-in fəaliyyətdəki sədr dövləti olacaq Almaniya ilə məsləhətləşmələr aparacağıq. Gəlin, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli üçün birlikdə işləyək", - deyə o, qeyd edib.

Google+ WhatsApp ok.ru