Qarabağ veteranı Prezident Administrasiyasının qarşısında özünü yandırmaq istədi (Foto)

 Bir neçə dəqiqə bundan əvvəl Qarabağ müharibəsi veteranı, sahibkar Fəqan Nəsibov Prezident Administrasiyasının (PA) qəbul otağının qarşısında özünü yandırmağa cəhd edib.

Maide.az xəbər verir ki, veteranın özünə qəsdə vadar edən səbəb məmur özbaşınalığıdır. F.Nəsibovun verdiyi məlumata görə, Zərdab rayon İcra Hakimiyyətinin başçısı Lütfəli Babayev onun 65 min dollarını mənimsəyib. O, üzləşdiyi haqsızlıqla bağlı hara şikayət etsə də sözünü eşidən olmayıb. Veteran son çıxış yolunu özünə qəsd etməkdə görüb. F.Nəsibov üzərinə benzini töküb özünü yandırmaq istədikdə, Xüsusi Dövlət Mühafizə Xidmətinin əməkdaşları tərəfindən hadisənin qarşısı alınıb.

Qarabağ müharibəsi iştirakçısı PA-nın qarşısına ailəsi ilə birlikdə gəlib.bizimyolinfo /

Google+ WhatsApp ok.ru