Qarabağla bağlı qətnamə layihəsi BMT Baş Assambleyasının gündəliyinə salınıb 07 Avqust 2017 01:00 Qarabağ xəbərləri “Azərbaycanın işğal olunmuş ərazilərindəki vəziyyət” və “GUAM məkanında dondurulmuş münaqişələr, onların sülh, beynəlxalq təhlükəsizlik və inkişaf üçün fəsadları” adlı qətnamə layihələri yenidən BMT Baş Assambleyasının 72-ci sessiyasının gündəliyinə salınıb. Maide.Az-ın APA-ya istinadən məlumatına görə, gündəliyin hələlik son versiyası təsdiqlənməyib. Bildirilir ki, hər iki məsələ BMT Baş Assambleyasının 71-ci sessiyasının gündəliyində olsa da, müzakirəyə təqdim olunmadığı üçün ötən il olduğu kimi bu il də növbəti sessiyanın gündəliyinə daxil edilib. Qeyd edək ki, BMT Baş Assambleyasının 72-ci sessiyası sentyabrın 12-25-də BMT-nin Nyu-Yorkda yerləşən mənzil-qərargahında baş tutacaq. Sessiya çərçivəsində ATƏT-in Minsk qrupunun həmsədrlərinin iştirakı ilə Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü gözlənilir. Teqlər : #Qarabağla bağlı qətnamə layihəsi BMT Baş Assambleyasının gündəliyinə salınıb, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Düşmən atəşkəs rejimini 146 dəfə pozub İran XİN: Dağlıq Qarabağla bağlı danışıqlar davam etdirilməlidir
‘Human Rights Watch‘ : Erməni qüvvələri qanunlara zidd olaraq hərbi və mülki hədəflər arasında fərq qoymadan Azərbaycana raket zərbələri endirib
15 noyabrda Kəlbəcər, 20 noyabrda Ağdam, 1 dekabrda isə Laçın Azərbaycana qaytarılır - Sazişin tam mətni