Qaraciyərin xəstə olduğunu göstərən 5 ƏSAS ƏLAMƏT 20 İyul 2017 01:00 Sağlamlıq Qaraciyər olduqca möhkəm və dözümlü orqandır. Qaraciyərin özü özünü bərpa etmək və sağaltmaq qabiliyyəti həqiqətən heyrətləndirir. Lakin buna baxmayaraq ildən ilə dünyada qaraciyər xəstəliklərindən əziyyət çəkən və bu xəstəliklərdən ölən insanların sayı dayanmadan artır. Maide.İnfo saglamolun.az- istinadən xəbər verir ki, qaraciyəri "lal" orqan adlandırırlar. Uzun müddət ərzində qaraciyər özündə olan dəyişiklikləri heç bir ciddi simptomla büruzə vermir, ağrımır. Bu səbəbdən qaraciyər xəstəlikləri bir çox hallarda gecikmiş mərhələlərdə aşkar olunur. Sizə qaraciyər xəstəliklərinin əsas 5 əlamətini təqdim edirik. 1. Həzm proseslərinin pozulması - köp, "səbəsiz" təkrarlanan ishal, iştahanın azalması. 2. Nəcisin rəngi daha açıq, sidiyin rəngi tünd olur. 3. Qaraciyər nahiyəsində ağırlıq və diskomfort (xüsusilə yağlı, qızardılmış qidaların qəbulundan sonra). 4. Dəridə səpgilər və qaşıntı, dərinin quruluğu. 5. Dərinin və selikli qişalarının saralması. Teqlər : #Qaraciyərin xəstə olduğunu göstərən 5 ƏSAS ƏLAMƏT, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Ac qarına zeytun yağı içməyin faydası Soyuq su içməyin! Sağlamlıq üçün 5 ZIYANI
Karantin dövründə çoxlu qida qəbulu xoşagəlməz nəticələrə yol aça bilər - Mütəxəssis xəbərdarlıq edir