Qaraciyər xəstəliyinin əlaməti

Qaraciyər xəstəliyinin əlaməti

Həddən artıq idmanla məşğul olmaq, qeyri-sağlam qidalanma, hava dəyişikliyi ciddi sağlamlıq problemlərinə yol aça bilər.
 
Bəzi xəstəliklərin ilk əlamətləri ayaqlarda görünür.
 
Böyrək problemləri
Böyrəklər düzgün işləməsə, bədəndə maye toplanmağa başlanır və onu atılması çətinləşir. Həmçinin gözlərin ətrafındakı şişlər varsa və ayaqlara elektroşok bənzəyən ani ağrılar hiss edirsinizsə, bu böyrəklərlə bağlı problemə işarə edə bilər.
 
Venoz çatışmazlıq
Venoz çatışmazlığı damardakı qanın ürəyə doğru deyil, əks istiqamətə getməsidir. Bu, uzun müddət ayaqda qalan hər kəsdə rast gəlinə bilər. Bu da ayaqlara şişkinliyə və ağrıya səbəb olur.
 
Tromboz
Qanın damar daxilində və ya ürək boşluqlarında laxtalanması tromboz, bu zaman əmələ gələn qan laxtası isə tromb adlanır. Bu qan laxtasının orqanlara yerləşməsi ciddi orqan çatışmazlıqlarına ciddi fəsadlara yol açır. Hətta bəzi hallarda ölümlə nəticələnir. Bir və ya iki ayaqda yaranan şişkinlik bu xəstəliyin əlaməti ola bilər.
 
Qalxanabənzər vəzi problemləri
Ayaqdakı şişlər, ani ağrılar və keyimə qalxanabənzər vəzi ilə bağlı problemlərdən qaynaqlanır.
 
Qaraciyər problemləri
Qaraciyər problemlərini ayağın vəziyyətinə görə əvvəlcədən müəyyənləşdirmək mümkündür. Qaraciyər anormal şəkildə işlədikdə ayaqlarda həm şişlik, həm də hörümçək toruna oxşayan damarlar əmələ gəlir.
 
Ateroskleroz (damar sərtliyi)
Ateroskleroz zamanı ayaqda qan dövranı pis işləyir. Bu da ayağın rənginin solğun görünməsinə və ağrıya yol açır. Bir çox hallarda insanlar damar sərtliyi ilə bağlı əlamətlərə etinasızlıq edirlər. Ancaq bu da səhhətinizdə ciddi fəsadlarla nəticələnə bilər.(publika.az) 

Google+ WhatsApp ok.ru