Qaraciyərin sağlamlığını qorumağın üsulu açıqlandı

Qaraciyərin sağlamlığını qorumağın üsulu açıqlandı

Aktiv həyat tərzi, meyvə, tərəvəz və qoz-fındıq istifadəsi, alkoqol istehlakının azaldılması və şəxsi gigiyenaya riayət edilməsi qaraciyərin sağlamlığını yaxşılaşdırır.
 
Maide.Az "FaktXeber"ə istinadla verdiyi məlumata görə, bu barədə tibb elmləri doktoru, Vişnevski Tibb Cərrahiyyə Mərkəzinin hepatoloq-cərrahı Yuri Kovalenko danışıb.
 
Onun sözlərinə görə, qaraciyər xəstəliklərinin inkişafına təsir göstərən əsas amillər qida yolu ilə keçən helmint infeksiyaları, yoluxmuş ev heyvanları ilə təmasdan yaranan virus infeksiyaları, oturaq həyat tərzi, yüksək kalorili qidalar, artıq çəki, alkoqol istifadəsi və dərmanların toksik təsirləridir.
 
Kovalenko qaraciyər xəstəliklərinin sayının artmasını inyeksiya dərmanları, döymə, qan köçürmə, orqan nəqli və kosmetik prosedurlar yolu ilə əldə yoluxulan hepatit B və C xəstələrinin artması ilə əlaqələndirib.
 

Google+ WhatsApp ok.ru