Qaraciyər xəstələri Səhiyyə Nazirliyindən pulsuz dərman tələb edirlər

Qaraciyər xəstələri Səhiyyə Nazirliyindən pulsuz dərman tələb edirlər

-- dərmanların qiyməti çox bahadı, üstəlik tapa bilmirlər

Mayın 15-də qaraciyər xəstəliklərindən əziyyət çəkənlər və onların yaxınları Səhiyyə Nazirliyinin qarşısında toplaşıblar.
 
Onların istəyi dərmanların pulsuz verilməsidir. Vətəndaşlar deyirlər ki, dərmanların qiyməti çox bahadı, üstəlik tapa bilmirlər.
 
Rafiq Cavadov: “Bunu Mehriban xanıma çatdırmaq lazımdı. Dövlət səviyyəsində həll olunası məsələdi, insan həyatıdı. Olmasa, əlimizdən gedəcək”.
 
Əsmayə Cəbrayılova: “Evimi satmışam, indi dərmana pul tapa bimirəm. Xahiş edirəm ki, Səhiyyə Nazirliyi bizə kömək etsin”.
 
Qabil Şahbalayev: “Cənab prezidentimizə də, Mehriban xanıma da müraciət edirik, bizə kömək olun, bizə əl tutun. Necə ki, başqa ölkələr öz vətəndaşlarına əl tutur. Biz dövlətdən heç nə istəmirik. Yaşamaq üçün bir parça dərman istəyirik”.
 
Səhiyyə Nazirliyinin sözçüsü Səfayə Əhmədova nazirliyin qarşısındakı vətəndaşlarla görüşdü. O dedi ki, qanunda qaraciyər xəstələri üçün dərman verilməsi nəzərdə tutulmayıb, amma istəklərini nazirliyə bildirəcək. 
 
Səhiyyə Nazirliyindən vətəndaşlara müraciətlərinə baxılacağı və yaxın günlərdə məlumat veriləcəyi deyilib.(meydan.tv)
 

Google+ WhatsApp ok.ru