Qaradərililər Amerika polisinin hərəkətindən hiddətləniblər

Amerika polisinin Cənubi Karolina ştatının Çarlston şəhərində qaradərililərə qarşı yeni cinayəti bir daha irqçiliyə və Amerika polis məmurlarının sərt rəftarına qarşı olanların küçələrə axışmalarına səbəb olub.
 
Maide.az-ın verdiyi məlumata görə, çoxlu sayda ABŞ vətəndaşı Şimali Karolina ştatının Şimali Çarlston məntəqəsində küçələrə axışıb və polisin vətəndaşlara qarşı sərtliklərinə etiraz edib. 
 
Etirazçılar yazılı parçalar daşıyıblar: "Heç kimə arxadan atəş açılmamalıdır". 
 
Ötən gün yayımlanan video-çarxda polis zabiti avtomobilinin işığına görə, Valter Skottla söz çəkişməsindən sonra ona 8 dəfə atəş açıb və qətlə yetirib. 
 
Polis məmuru qətldə suçlanıb və ehtimal üzrə edam və yaxud 30 illik həbsə məhkum olunacaq. 
 
Aksiya iştirakçılarından biri deyib: Hamının səsi eşidilməlidir. Çünki demokratiya, yəni hamının səsi eşidilsin. 
 
Başqa bir amerikalı etirazçı bildirib: Ağdərili polisin gülləsi ilə qətlə yetirilən Valter Skottun adı Amerika və dünyaya səs salıb. Başa düşülməlidir ki, bir cəmiyyət təsirə məruz qalıb. Baş verən hadisə özünəməxsus deyildir. Onun ailəsi və dostları vardı. O, qətlə yetirildi və onun qətlinin səbəbi, hökumətin sərtliyi idi. 
 
İrqi gərginliklər və polis səhvləri son aylarda Amerikada çoxlu sayda insanın həyatına son qoyub.

Google+ WhatsApp ok.ru