`Qara qızıl`ın qiymətində kəskin eniş

Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 4,82 dollar azalaraq 68,87 dollar təşkil edib.
 
ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri isə 0,15 dollar ucuzlaşaraq 72,43 dollar olub.
 
Neftin qiymətindəki kəskin azalma ötən gün keçirilən OPEK-in iclasında neftin hasilatının azaldılmaması ilə verilə qərarla bağlıdır.
 
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin marketinq və iqtisadi əməliyyatlar idarəsindən verilən məlumata görə, “AzəriLayt” markalı neftin bir barrelinin qiyməti London birjasında 0,06 dollar ucuzlaşaraq 80,20 dollar təşkil edib.
 

Google+ WhatsApp ok.ru