Qara Təbliğat: Mediada aparılan Hələb yalanları

Qara Təbliğat: Mediada aparılan Hələb yalanları

Suriyadakı müharibənin ən kritik günlərində Suriya ordusunun Hələbdəki irəliləyişinə paralel olaraq mediada aparılan təbliğat da şiddətlənir
 
Dünya miqyasında geniş təbliğat kanallarına paralel olaraq, Azərbaycan və Türkiyədə də Hələb haqqında yalan, səhv məlumatlar qəsdən paylaşılır. 
 
1. Suriya ordusunun işgəncə etdiyi iddia edilən kiçik uşaq
 
Twitter hesabında Əl-Qaidə ilə əlaqəsini açıq şəkildə ifadə edən "Fetih Ordusu" tərəfindən təqdim edilən və Türkiyənin Ankara bələdiyyəsi sədri Melih Gökçek tərəfindən də gündəmə gətirilən videonun əsli başqadır.
 
 
Videoda soyuq suyla uşağa işgəncə verən şəxs, ASO (Azad Suriya Ordusu - terror təşkilatı) dəstəkçisi Usamə Abdidir. Yunanıstanın Chios adasında suriyalı uşağı fidyə üçün qaçıran Usamə, bu video fidyə almaq üçün çəkib. Bütöv adı Usame Abdülfəttah Abdu olan bu adamın Facebook hesabına baxanda isə Rəcəb Tayyib Ərdoğanı təriflədiyi görünür.
 
Bu hadisədən sonra aparılan tədqiqatlar nəticəsində Usamənin əslində videodakı uşağın atası olduğu, bunu da pul üçün etdiyi məlum olub. Uşağın anası, hər şeyi Facebook hesabından ifşa edib. Bundan sonra Usame saxlanılıb və uşaq "Praksis" adlı bir yardım təşkilatına təhvil verilib.
 
Fetih Ordusu tərəfindən Twitter-də paylaşılmış xəbər
https://twitter.com/suriyegercekh/status/795656282007080961/photo/1?ref_src=twsrc%5Etfw
 
 
2. Yəmən Səudiyyə tərəfindən hədəfə alınan uşaqlar
Ertem Şener tərəfindən Türkcə sosial mediaya təqdim edilən və çoxlu sayda paylaşılan bu fotoşəkil isə Yəməndə çəkilib. Fotoda, Səudiyyə Ərəbistanının təyyarələri tərəfindən evləri bombardman edilən uşaqların sığınacaq kimi yerə sığındığı görünür.
 
 
 
3. İllər ərzində internetdə olan videonun Hələbdən yeni çəkildiyi iddiası
 
Erhan Yemelek adı sosial media istifadəçisi tərəfindən paylaşılan və minlərlə reaksiya görən başqa bir video da, internetdə illər ərzində vardır. Daha öncə Darkuş və digər İdlib bölgələrindən çəkildiyi də iddia edilən video, Suriyadakı müharibə boyu onlarla dəfə istifadə edilib. Videonun qəti şəkildə yaxın müddətdə çəkilmədiyi və Hələbdən olmadığı bilinir.
 
 
4. Ordu qüvvələri, sünni müsəlmanları öldürür yalanı
Müharibə boyu bir çox dəfə səhv və yalan xəbərlərə imza atmış Adəm Özköse tərəfindən paylaşılan bu fotoşəkilin  hekayəsinin tamamilə başqa olduğu məlum olub. Onun minlərlə baxılandan sonra sonra sildiyi foto, əslində bir neçə illər əvvələ aiddir.
 
 
Şəkili bir az da araşdırdıqda isə İŞİD-ə aid hesablar tərəfindən yayımlandığı görünür. Burada yerdəki cəsədlərin İŞİD tərəfindən edam edilən ASO xadimlərinə aid olduğu illər əvvəl xəbər saytlarında yazılıb.
 
 
5. Dünya və Türk mediası tərəfindən tez-tez paylaşılan bir başqa yalan: Həyatda qalmaq üçün qaçan balaca qız
Yəqin ki, bütün bunların arasında ən maraqlısı ingilis və türkcə, "Hələbdə ailəsi öldürülən və həyatda qalmaq üçün qaçan qız" başlıqları ilə paylaşılan bu foto...
 
 
Fotoşəkilin əsli isə ASO və Əl-Qaidə dəstəkçilərinin təqdim etdiyindən çox fərqlidir. Şəkil Hiba Tawaji adlı müğənninin video klipindən çıxarılıb və üzərində biraz işləndikdən sonra mediaya verilib.
 
 
6. Dəməşqdəki Yərmuk düşərgəsində olan fələstinlilər
Suriyadakı müharibə boyu sosial mediada bəlkə də, minlərlə dəfə dövriyyəyə buraxılan bu fotoşəkil, Hələbin ordu nəzarətinə keçdiyi bu günlərdə yenə populyarlaşıb. Müharibənin ilk dövrünə aid olan fotoşəkildə olanlar Yərmuk qaçqın şəhərciyindəki fələstinlilərdir.
 
 
Şəkildəki vətəndaşlar Suriya ordusu tərəfindən hədəfə alınmayıb, ya da ki, ordudan qaçmırlar. Suriyanin illər öncə xilas etdiyi bu fələstinlilər, qaldıqları düşərgələrinin qruplaşmalar tərəfindən işğal edilməsindən sonra Suriya ordusu və hökuməti tərəfindən təşkil edilən köməyi gözləyir.
 
 
7. Hələbdə çəkildiyi deyilən fotonun Bənazir Buttoya (sui-qəsd edilən Pakistanın baş naziri) qarşı edilmiş sui-qəsdə aid olması
 
 
Təbliğat müharibəsinə daxil olmaqdan geri qalmayan Körfəz mediası və bəzi Ərəb sosial media istifadəçiləri də yalan məsələsində səviyyəni çox yüksəldiblər. "Hələbdəki fəryad, Hələbdəki qətliamdan sonra çəkilən fotoşəkil" başlıqları ilə paylaşılan bu şəkil isə Pakistanda Bənazir Buttoya təşkil olunan sui-qəsddən sonra Con Moore tərəfindən çəkilib.
 
 
8. 5 illik yalan: "Rejim əsgərləri və Şiə milislər, vətəndaşları basdırır!"
 
5 ili aşan Suriya müharibəsini təqib edənlərin bir çox dəfə rast gəldiyi başqa bir video da "yeni" kimi paylaşılmağa başlanıb.
 
 
İlk dəfə 2012-ci ildə nəşr olunan bu video, ilk dövrlərdə inandırıcı olmağı bacarıb, lakin daha sonra adi bir müharibə yalanı təbliğatının olduğu anlaşılıb. 2012-ci ildə BBC mütəxəssislərinin də daxil olduğu bir qrupun araşdırmaları nəticəsində yalan olduğu sübut edilib
 
 
9. Səudiyyə və İxvan mediası Hələbdəki hadisələri təhrif etməyə davam edir: İŞİD hücumunu Suriya ordusunun boynuna qoyublar
İstər Ərəb mediası, istərsə də Qərb mediası tərəfindən çox paylaşılan bir başqa yalan isə İŞİD-in etdiyi təcavüzün, Suriya ordusunun etdiyi kimi qələmə verilməsidir. 
 
 
"Hələbdə rejim qüvvələri tərəfindən öldürülən mülki vətəndaşlar" kimi başlıqlarla paylaşılan bu şəkillərin əslinin isə amerikalı Kayla Muellerin öldürüldüyü və məsuliyyətini İŞİD-in öz özəsinə götürdüyü hücum olduğu görünür.
 
 
10. İŞİD-in qırğınları yenə Suriya ordusunun üzərinə atılıb
Bu günlərdə Qərb kanalları və Türkiyə mediasına qədər bir çox yerdə gördüyünüz bu şəkil də Hələbdən deyil. Hadisənin əsli isə yenə də Suriya ordusundan olduqca uzaqdır.
 
 
 
Hələbi itirməkdə olan İxvan və Əl-Qaidəyə bağlı hesabların təbliğat apararkən ən çox müraciət etdikləri yalanlardan biri uşaq ölümləridir. Bu dəfəki foto yenə İŞİD-in qətliamına aidir. 2014-cü ildə çəkilərək yayımlanmış xəbərdə, terrorçuların uşağı qətlə yetirdiyi bildirilir. (islaminsesi) /

Google+ WhatsApp ok.ru