Qar Avropanı ağuşuna aldı

Britaniya işıqsız qaldı, Fransanın dördə üçü qarın altındadır

Britaniya işıqsız qaldı, Fransanın dördə üçü qarın altındadır; Qar Almaniya və İsveçrəni də vurdu; Alp dağlarında isə qar insanlara sevinc gətirdi
 
“The Associated Press” agentliyi bildirir ki, qar və buzlu hava şənbə günü Avropanın bir hissəsini öz ağuşuna alıb. Britaniyada maşınların hərəkəti dayanıb, minlərlə ev işıqsız qalıb.
 
 
Qar həmçinin İsveçrənin bir hissəsini bəyaz rəngə boyayıb. Almaniyanın cənub-qərbində qarın qalınlığı 40 sm. çatıb. Britaniyada sürücülər saatlarla maşınların içində qalmağa məcbur olublar. Şeffieldən Londona səyahət edən bir qrup kilsədə gecələməli olub. Çünki onları daşıyan avtobus qarın çoxluğundan yerindən tərpənə bilməyib.
 
İngiltərənin şimalında qarın qalınlığı 11 sm-dir. 36 min müştəri isə işıqsız qalıb. 69 min müştəriyə isə işıq fasilələrlə verilib. Elektrik stansiyasının mütəxəssisləri gecə ilə yaranmış problemləri aradan qaldırmağa cəhd ediblər. Buna baxmayaraq, şərqi Midland regionu hələ də işıqsız qalıb.
 
Liverpulda yerləşən Con Lennon və Leddəki Bradford Beynəlxalq hava limanları hələ cümə günü axşam bağlanıb. Yalnız uçuş-eniş zolağı təmizliəndikdən sonra hava limanı yenidən fəaliyyətə başlayıb.
 
Britaniya sinoptikləri xəbərdarlıq ediblər ki, ölkə ərazisində qar yağıntısı getdikcə artacaq, xüsusən yollarda ərimiş qar buza çevriləcək.
 
Qarın yağmasını Fransanın Alp dağları hissəsində insanlar sevinclə qarşılayıb. Qarın yağması xizək sezonunun başlanmasına start verib. Orada isə qalın qalınlığı 60 sm.dir. Tezliklə bu göstəricinin 2 metr olacağı gözlənilir.
 
Ancaq Fransanın əksər şose yollarında qara görə maşınların hərəkəti dayanıb və ya son dərəcə asta-asta irəliləmək mümkündür. Son məlumata görə, Fransa ərazisinin dörddə üçü qarın altındadır.
 
Fransanın şimalında olan Kalays limanı da öz fəaliyyətini durdurub. Şiddətli küləklər gəmilərin limana yan almasına imkan vermir./
 

Google+ WhatsApp ok.ru