Qarşıdakı həcc ziyarəti son 10 ilin ən isti ziyarəti kimi yadda qalacaq

Qarşıdakı həcc ziyarəti son 10 ilin ən isti ziyarəti kimi yadda qalacaq

Sinoptiklərin proqnozlarına görə, qarşıdakı həcc son 10 ilin ən isti ziyarət kimi yadda qalacaq. 
 
Maide.Az xarici mediaya istinadən xəbər verir ki, bu il Səudiyyə Ərəbistanda havanın istiliyi 50 dərəcəyə kimi olacaq.
 
Qeyd edək ki, Beynəlxaql KİV-lərin məlumatına görə, 2016-cı ildə qıtlıq, xəstəliklərin milyonlarla insana ziyan vuracağı iddia edilir. Bütün bunlara El- Nino cərəyanının təsiri səbəb olacaq. Cərəyan qlobal iqlimə olduqca böyük təsir göstərəcək. Qlobal istiləşməyə səbəb olan El-Nino 2015-ci ili tarixin ən qızmar ili kimi tarixə salmışdı. 2016-cı ildə isə onun təsirini daha da artıracağı proqnozlaşdırılır. El-Nino cərəyanı Sakit Okeanda yaranır, su səthinin isinməsi ilə özünü göstərir. Hər 3-7 ildən bir təkrarlanan El-Nino Sakit okeanın çox qızması nəticəsində yaranır.
 
Xatırladaq ki, ötən il həcc ziyarəti zamanı Minada faciə baş verdi. Ərəbistan rejimi hadisədən iki gün sonra 769 nəfərin öldüyü hüqda xəbər yayıb- lakin daha sonra Səud rejimi həlak olanlar barədə heç bir məlumat verməyib.
 
Bundan əlavə, müxtəlif ölkələrin çoxlu sayda vətəndaşlarının adları hələ də itkin düşənlərin siyahısında yer alır və onların taleyi barədə həç bir məlumat verilmir.
 
Beynəlxalq mətbuat bu faciədə 7 minə qədər insanın həlak olduğuna dair məlumatlar yaymışdı.

Google+ WhatsApp ok.ru