Qarğıdalının SAĞLAMLIQ üçün faydaları ilə tanış olun!

Qarğıdalının SAĞLAMLIQ üçün faydaları ilə tanış olun!

Qarğıdalının vətəni Amerikadır. Bu unukal məhsulun hər bir hissəsi istifadə olunur. Qarğıdalı çox faydalı məhuldur.
 
Onun tərkibində aminturşuları, E, B qrupu, K, PP vitaminləri, demək olar bütün Mendeleyev cədvəli var. Məhz bu səbəbdən qarğıdalı insan sağlamlığına çoxlu fayda verir.
 
1. Qarğıdalının iştahanı azaltmaq və insanı uzun müddət ərzində tox saxlamaq unikal xüsusiyyəti var. Bu xüsusiyyətə görə qarğıdalı arıqlamağa kömək edir.
 
2. Qarğıdalı qidalı liflərlə zəngindir. Bu liflər bağırsaqların normal fəaliyyəti üçün çox vacibdir, qəbizliyin qarşısını alır. Həmçinin qidalı liflələ zəngin olan məhsullar bağırsaq xərçənginin inkişafı riskini azaldır.
 
3. Qarğıdalı E vitamini ilə xüsusilə zəngindir. Bu vitamin güclü antioksidantdır, qocalmanı ləngidir, insanın cinsiyyət sisteminin fəaliyyətini normallaşdırır, dərinin vəziyyətini yaxşılaşdırır.
 
5. Qarğıdalı ürək-damar sistemi üçün faydalıdır. Bu tərəvəz qanda pis xolesterolun səviyyəsini aşağı salır. Damarlarda yığılan xolesterol aterosklerozun inkişafına səbəb olur. Ateroskleroz isə bütün dünyada ürək-damar sistemi xəstəliklərinin, infarkt və insultun əsas səbəbi sayılır.
 
6. B qrupu vitaminləri qarğıdalını sinir sistemi üçün çox faydalı edir.
 
7. Qarğıdalı dişlərin sağlamlığını qoruyur.
 
8. Əvəzolunmaz yağlı turşularla zəngin olan qarğıdalı beyinin sağlamlığını qoruyur, insultun riskini azaldır, damarları möhkəm və elastik saxlayır.(saglamolun)
 

Google+ WhatsApp ok.ru