Qar Çində həyatı iflic edib

Qar Çində həyatı iflic edib

-- məktəblər 6 günlük tətil elan olunub

Çində yağan qar hava və dəmiryolu nəqliyyatının işini pozub.
 
Maide.Az  xəbər verir ki, yeni ilin ilk qarı ölkənin cənub və mərkəzi hissələrində ciddi problemlərə yol açıb. Hubay əyalətinin Yincang şəhərində qırx doqquz qatarın hərəkəti dayandırılıb, dörd mindən çox sərnişin dəmiryolu vağzalında qalıb. Eyni zamanda, Enshi Tujia və Miao Özerk bölgələrində elektrik xətləri sıradan çıxıb. Hınan əyalətində məktəblər bağlanıb. Məktəblərdə 6 günlük tətil elan olunub.
 
Hubey, Şaanşi Şandong, Hınan, Fucien, Ciangsu, Liaoning, Şanşi, Ciangşi, Haynan əyalətlərində, Sincan Uyğur, Ningşia Hui, Daxili Monqolustan və Guangşi Cuang Özerk bölgələrində on yeddi hava limanında buzlanma səbəbindən təyyarələr hərəkət istiqamətini dəyişib. Dörd hava limanı isə ümumiyyətlə fəaliyyətini dayandırıb.
 
Çin Milli hidromeotrologiya Mərkəzi qarlı hava şəraitinin bir müddət davam edəcəyini bildirib.(azərtac)
 

Google+ WhatsApp ok.ru