Qarın hündürlüyü Ağdərədə 32, Şahdağda 8, Qırızda 5, Xınalıqda 4 sm olub

Qarın hündürlüyü Ağdərədə 32, Şahdağda 8, Qırızda 5, Xınalıqda 4 sm olub

Yanvarın 28-i gündüzdən 29-u səhərədək müşahidə olunmuş faktiki hava şəraiti açıqlanıb.
 
Madie.Az bildirir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən “Report”a bildirilib ki, departament tərəfindən əvvəlcədən xəbər verildiyi kimi, yanvarın 28-i gündüzdən 29-u səhərədək ölkə ərazisində hava şəraiti qeyri-sabit keçib, arabir yağış, dağlıq və dağətəyi rayonlarda qar yağıb.
 
Düşən yağıntının miqdarı Lənkəran-Astara zonasında 2-38, Mərkəzi-Aran rayonlarında 2-14, Naxçıvan MR-da 5-21, Bakıda və Abşeron yarımadasında 5-9, Böyük Qafqazda 1-4, Qazax-Gəncə zonasında 0-4, Kiçik Qafqazda 2-4 mm olub.
 
Qar örtüyünün hündürlüyü Ağdərədə 32, Şahdağda 8, Qırızda 5, Xınalıqda 4, Sarıbaş, Daşkəsəndə 2 sm təşkil edib.
 
Qərb küləyi ayrı-ayrı yerlərdə 15-20 m/s olub, arabir 25 m/s-dək güclənib.

Google+ WhatsApp ok.ru