Qarın piylərini əritmək üçün bu meyvəni yeyin

Qarın piylərini əritmək üçün bu meyvəni yeyin

Arıqlamaq istəyən insanlar adətən banandan imtina edir.
 
Lakin diyetoloqların fikrinə görə, banan artıq çəkidən xilas olmaq istəyənlər üçün ideal seçimdir.
 
Banan maddələr mübadiləsini yaxşılaşdırır, iştahanı azaldır.
 
Araşdırmalar göstərir ki, bananın istehlakı şəkər və sadə karbohidratlara olan meyli azaldır.
 
Maide.Az "saglamolun.az"-a istinadla xəbər verir ki, ABŞ-da aparılmış bir eksperiment zamanı qadınlar 2 ay ərzində yeməkdən əvvəl 1 banan yeyirdi. Eksperimentin sonunda məlum olub ki, bu qadınlarda qarının həcmi xeyli azalıb.  
 
Banan tez toxluq hissi yaradır ki, insan daha az yemək yeməklə tox olur. Bundan əlavə liflərlə zəngin olan banan həzmi yaxşılaşdırır, piylərin sovrulmasını azaldır.
 
Bananın tərkibində çoxlu kalium var. Bu maddə orqanizmdən artıq mayeni xaric etməyə kömək edir ki, bu da çəkinin azalmasına gətirib çıxardır.
 
Nəzərinizə çatdıraq ki, arıqlamaq istəyənlər yalnız tam yetişməmiş yaşıl bananları seçməlidir.
 

Google+ WhatsApp ok.ru