Qarpızı iftarla obaşdan arasında ac olarkən istehlak edin!

Yayın əvəzolunmaz tərəvəzləri arasında olan qarpızın faydasından düzgün istifadə etmək üçün dəqiq müəyyən olunmuş vaxtlarda istehlak edilməsi lazımdır.
 
Mütəxəssislər qarpızın iftar ilə obaşdan arasında yeyilməsini təklif edirlər.
 
Qarpızın yaxşı bir lif və maye mənbəyi olduğunu qeyd edən mütəxəssislər, xüsusilə maye ehtiyacının artdığı Ramazan ayında qarpız istehlak edilməsini təklif edirlər.
 
İftardan dərhal sonra tox qarına istehlak olunan qarpızın köpməyə səbəb olacağını qeyd edən mütəxəssislər, qarpızı iftar ilə obaşdan arasında, mədənin nisbətən sakitləşdiyi ac bir vaxt müddətində yeyilməsini tövsiyə edirlər.
 
Ramazanda maye qəbulu çox mühümdür. Təəssüf ki, kifayət qədər su istehlak etmirik. Suyun yerini heç bir şey əvəz edə bilməz. Bədənin susuz qalmaması üçün sulu qidalar istehlak edilməsində böyük faydalar var. Elə qarpız maye baxımından ən zəngin meyvələrdəndir. Qarpız böyrəkləri işlədir, sidiyi tənzimləyir.
 
B və C vitamini baxımından da zəngin olduğu üçün orqanizmə güc, enerji verir, yorğunluğun qarşısını alır. Bundan başqa, qarpız antioksidant xüsusiyyəti ilə də xərçəngdən qoruyur. Qarpız tumu içində olan cucurbocitrin adlı maddə qan təzyiqini aşağı salmağa kömək edir. Eləcə də qarpız tumunda olan likopen maddəsi də ürəyi infarktdan qoruyur. Qarpız tumunun mədəyə heç bir zərəri yoxdur. Qarpızdan tam faydalanmaq üçün istehlak edərkən tumları ilə birlikdə nisbətən ac vaxtlarda istehlak etmək lazımdır. Tumları dişlərlə qırmaq daha çox faydalıdır.deyerler /

Google+ WhatsApp ok.ru