Qasim Süleymani İŞİD-in işinin bitdiyini rəsmən elan edib

Qasim Süleymani İŞİD-in işinin bitdiyini rəsmən elan edib

-- Qasim Süleymani bu mübarizədə Ayətullah Xameneiyə və Ayətullah Sistaniyə öz təşəkkürünü bildirərək..

İran İslam İnqilabı Keşikçilər Ordusunun (Sepah) Qüds briqadasının generalı Qasim Süleymani Ali Rəhbər Ayətullah Xameneiyə məktub yazaraq İraq və Suriyada İŞİD-in məhv edilməsini rəsmən bəyan edib.
 
Suriyada İŞİD nəzarətində qalan son şəhər Bu-Kamal şəhərinin İŞİD-dən tam şəkildə azad edildikdən sonra Qasim Süleymani Ayətullah Xameneiyə məktub yazaraq, terror təşkilatının süquta uğradığını rəsmən bəyan edib və Ali Rəhbəri təbrik edib.
 
Fəth surəsinin birinci ayəsi ilə başlayan məktubda deyilir:
 
“Bu təhlükəli və zəhərli fitnə islam dünyasını alovlandırmaq, müsəlmanları qarşı-qarşıya qoymaq üçün islamın düşmənləri tərəfindən yaradıldı. Bu xəbis hərəkat İraq-Şam İslam Dövləti adı altında elə ilk aylarında iki ölkədə on minlərlə müsəlman gənci aldatdı. İraq və Suriya təhlükəli böhrana düçar oldu. Bu iki ölkədə yüz minlərlə ərazi zəbt edildi və oradakı zavodlar, yollar, neft yataqları, neft emalı zavodları və körpülər kimi bu iki ölkənin infrastrukturası dağıdıldı. Bu iki ölkədə çox dəyərli tarixi əsərlər, mühüm şəhərlər, onların sivilizasiyaları bombalandı və yandırıldı”
 
Amerika və sionistlərin dəstəyilə yaradılan İŞİD-in Suriya və İraqda törətdikləri vəhşilikləri xatırladan təbrik məktubunda Qasim Süleymani bu mübarizədə Ayətullah Xameneiyə və Ayətullah Sistaniyə öz təşəkkürünü bildirərək bir əsgər kimi "lənətlənmiş ağac"ın son qalasının çökdüyünü bildirib. Allahın lütfü və Hz.Rəsuləllah(s) və Əhli-beytin(ə) xas inayətilə qazanılmış bu qələbədə Seyyid Həsən Nəsrullahın rolunu yüksək qiymətləndirən Qasim Süleymani bu qələbə yolunda şəhid düşən iraqlı, suriyalı, livanlı, əfqanıstanlı və pakistanlı mücahidləri də unutmayıb.
 
"Yardım ancaq qüdrət və hikmət sahibi olan Allahdandır" ayəsilə bitən məktubun sonunda Qasim Süleymaninin imzası belədir: "Övladınız və əsgəriniz Qasim Süleymani".(islaminsesi) 
 

Google+ WhatsApp ok.ru