Qasim Süleymaninin Moskvaya məxfi səfər etdiyi deyilir

İranın "Qüds qüvvələri" korpusunun komandiri general Qasım Süleymani iyulun 24-26-da Moskvaya gizli səfər edib.
 
Bu barədə “Foxnews” Qərb kəşfiyyat dairələrinə istinadən məlumat yayıb.
 
Məlumatda bildirilir ki, səfər çərçivəsində Q. Süleymani Rusiya müdafiə naziri Sergey Şoyqu və prezident Vladimir Putinlə görüşüb. İranlı generalın apardığı danışıqların məzmunu məlum deyil.
 
Diqqət çəkən məqamlardan biri odur ki, səfər BMT və Avropa İttifaqının İrana qoyulan silah embarqosunun 5 ildən sonra qaldırılacağı barədə məlumat yayıldıqdan sonraya təsadüf edib.

Google+ WhatsApp ok.ru