`Qasim Süleymani olduğu halda, koalisiya qüvvələrinə ehtiyacımız yoxdur`

Bədir Briqadaları komandanı Hadi Əl-Əmiri  İran İnqilab Mühafizəçiləri Qüds Qüvvələri komandanı general Qasim Süleymaninin İraq ordusuna və xalq qüvvələrindən ibarət könüllülərə lazımi döyüş taktikalarını ən mükəmməl şəkildə öyrətdiyini və ehtiyacları olduğu ana qədər də İraqda qalacağını deyib.
 
Maide.az xəbər verir ki, Hadi Əl-Əmiri İraqlı bəzi dövlət rəsmilərinin İranlı hərbi müşavirlərin İŞİD terror təşkilatına qarşı aparılan əməliyyatlardakı uğurları görməzliyə vurmalarına cavab olaraq belə deyib. 
 
Hadi Əl-Əmiri Qasim Süleymaninin İŞİD terror təşkilatına qarşı aparılan əməliyyatlarda çox əhəmiyyətli rol oynadığını və İŞİD terrorçularının Bağdad və müqəddəs hərəmlərə yaxınlaşmasının qarşısını aldığını bildirib.
 
Əmiri bəzi İraqlı siyasi məqamların Tiqrtini xilas edilməsində, koalisiya qüvvələrinin köməyinə ehtiyac olduğu açıqlamasına toxunaraq, "İraq ordusu içərisində özünə inamlarını itirmiş bəzi adamlar ABŞ və koalisiya qüvvələrinin köməyinə ehtiyacımız olduğuna inanırlar, amma bilməyinizi istədiyim bir həqiqət var, o da Qasim Süleymani olduğu halda, bizim onlara ehtiyacımızın olmamasıdır."
 
Bədir Briqadaları komandiri İŞİD nəzarəti altındakı işğal edilmiş torpaqları koalisiya qüvvələrinin hava dəstəyi olmadan azadlığına qovuşduracaq gücə sahib olduqlarını təkrarlayıb.

Google+ WhatsApp ok.ru