Qasim Süleymani və digər şəhidlərin cənazələri Tehranda - Ali Rəhbər cənazə namazı qılacaq

Qasim Süleymani və digər şəhidlərin cənazələri Tehranda - Ali Rəhbər cənazə namazı qılacaq

ABŞ terroru nəticəsində şəhid olmuş general Qasim Süleymani, Abu Mehdi Mühəndis və digər şəhidlərin cənazələri gecə saatlarında Tehrana gətirilib.
 
Tehranın hava limanında şəhidləri ölkənin hərbi rəhbərliyi, rəsmilər, gecə saatlarından hava limanına axışan xalq qarşılayıb.
 
Daha sonra şəhidlərin cənazələri Tehran universitetinin yerləşdiyi Azadi meydanına aparılıb və bu gün səhər  Ali Rəhbər Ayətullah Xameneinin imamətliyi ilə şəhidlərə cənazə namazı qılınacaq.
 
Milyonlarla Tehran sakini və digər şəhərlərdən gəlmiş insanlar  cənazə namazında iştirak etmək və  şəhidlərlə vidalaşmaq üçün gecə saatlarından  Tehran Universitetinə tərəf axın edib.   Hazırda  cənazə namazının qılınmısı üçün hazırlıq işləri görülür və yerli vaxtla saat 8-də cənazə namazı qılınacaq.  
 
Cənazə namazının qılınmasından sonra şəhidlərin nəşi İnqilab meydanından  Tehranın Azadi meydanına kimi milyonlarla əhalinin vidalaşma yürüşü ilə  müqəddəs Qum şəhərinə göndəriləcək. Burada da vida mərasimi bitdikdən sonra Qasim Süleymaninin cənazəsi dəfn üçün Kermana yola salınacaq.
 
Şəhid Əbu Mehdi Mühəndisin cənazəsi isə DNT analizi ilə pak nəşinin qalıqları müəyyən edildikdən sonra Nəcəfə yola salınacaq və Vadius-Salam qəbristanlığında dəfn ediləcək.
 
 
 
 

Google+ WhatsApp ok.ru