QAT-ın aclıq aksiyası davam edir (FOTO)

Qarabağ Azadlıq Təşkilatının azərbaycanlı girovlar Dilqəm Əsgərov və Şahbaz Quliyevə azadlıq tələbi ilə keçirdiyi aclıq aksiyası 3 gündür davam edir

Məlumata görə, Qarabağ Azadlıq Təşkilatının azərbaycanlı girovlar Dilqəm Əsgərov və Şahbaz Quliyevə azadlıq tələbi ilə keçirdiyi aclıq aksiyası 3 gündür davam edir. QAT sədrinin müavini İlqar Əli, QAT Şəki şöbəsinin sədri Elxan Rəhimli, girovluqda olan Dilqəm Əsgərovun qardaşı oğlu Mövlud Musayev aclıq aksiyasına qoşulublar. QAT-ın Gəncə şöbəsi aclıq aksiyasına dəstək bəyanatı verib. Gün ərzində Vətən Müharibəsi Əlilləri Cəmiyyətinin sədri Firidun Məmmədov, müavini İbad Əhədov,Qarabağ qazisi Zərəngül Əliyeva və digərləri aclıq edənlərə baş çəkib,dəstək veriblər.Aclıq aksiyasına Şəkidə qoşulan Elxan Rəhimli bildirib:”Mən etiraz aksiyaına beynəlxalq təşkilatların və Azərbaycan hakimiyyətinin girovların taleyi ilə bağlı fəaliyyətsizliklərinə etiraz olaraq qoşuluram.Onlara orada erməni vəhşiləri işgəncələr,əziyyətlər verirlər.Mən aclıq etməklə onların çəkdikləri əziyyətlərin heç olmasa bir hissəsini yaşamaq istəyirəm”.

Qarabağ qazisi,Vətən Müharibəsi Əlillər Cəmiyyətinin sədri Firidun Məmmədov aclıq edənlərə baş çəkərkən bildirib:”QAT-çılar həmişə Qarabağ məsələsində hamıdan öndə olublar.Sizə təşəkkür edirik.edirik.Allah fədakarlığınızın nəticəsini göstərsin”. islamazeri /

 

Google+ WhatsApp ok.ru