Qatarlarda gedişhaqqı artırılıb

Qatarlarda gedişhaqqı artırılıb

"Azərbaycan Dəmir Yolları" QSC 27 iyul tarixindən Bakı-Tbilisi marşrutu üzrə sərnişin qatarı və daxili marşrutlar üzrə tarifləri artırıb.
 
 “Turan”-ın məlumatına görə, yeni tariflər ictimaiyyətə açıqlanmasa da, biletlər yeni qiymətlərlə satılır.
 
ADY-nin sərnişin daşınması departamentindən bildiriblər ki, qiymətlər orta hesabla 10 faiz artırılıb. Eyni zamanda, tarif artması yalnız kupe və SV-lərdəki aşağı yerlərə aiddir.
 
ADY əvvəllər də aşağı yerlərə tarifləri qaldırmışdı.
 
2017-ci ildən dəmir yolunda tariflərə yenidən baxmaq səlahiyyəti Tarif Şurasından alınaraq ADY rəhbərliyinə verilib. (meydan.tv)
 

Google+ WhatsApp ok.ru