Qatarların beynəlxalq istiqamətlərdə hərəkətinə qadağa qoyuldu

Dekabrın 14-dən Rusiyadan Ukraynaya gedən 15 qatarın hərəkəti dayandırılacaq
Aktual.az Rusiya mediasına istinadən bildirir ki, bu barədə Rusiyanın Federal Sərnişin xidməti səhmdar cəmiyyəti məlumat yayıb. Daha 32 qatar “sərəncama görə” rejiminə salınıb. 
 
Bu o deməkdir ki, qatarların Ukraynaya hərəkəti,  faktiki olaraq, dayandırılıb  və yalnız sərnişin axını  yaransa, bu barədə müvafiq qərar qəbul edilə blər. 
 
“Sərəncama görə” rejimində yalnız Qırğızıstana gedən bir qatarın və Azərbaycana gedən 3 qatarın hərəkəti, olduğu kimi, saxlanılıb. 
 
 Bolqarıstana və Macarıstana gedən qatarların hərəkətində də, Ukraynadan keçdiyinə görə, dəyişiklik edilib. 
 
Həftədə bir dəfə,  Ukraynada dayanmamaq şərti ilə, Moskva-Budapeşt qatarının hərəkətinə icazə verilib. /

Google+ WhatsApp ok.ru